AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Astaranın ucqar dağ kəndinə küçə qaz xətlərinin çəkilişi işləri davam edir

  • + A
  • - A
  • 22-03-2024, 17:02

    Astaranın ucqar dağ kəndinə küçə qaz xətlərinin çəkilişi işləri davam edir

    Ucqar kənd və qəsəbələrin qazlaşdırılması ilə bağlı görülən işlərin davamı olaraq Astara rayonunun ucqar dağ kəndinə küçə qaz xətlərinin çəkilişi işləri davam edir. Çətin relyef şəraitində yerləşən Vənəşikəş kəndinin qazlaşdırılması üçün layihəyə əsasən 9 min metr uzunluğunda müxtəlif diametrli polad borulardan istifadə olunur. Kənd dağlıq ərazidə yerləşdiyindən qaz borularının daşınmasında və maşın-mexanizmlərin işləməsində xeyli çətinlik yaranıb. Buna baxmayaraq işlərin aprel ayının sonlarına kimi yekunlaşdırılması nəzərdə tutulub. Bununla da 50 abonentin mavi yanacağa olan tələbatı tamamilə ödəniləcək.

    Ətraflı video-materialda:


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR