Son günlər Ermənistan mediasında Qazaxın 4 kəndinin geri qaytarilması ilə bağlı məsələlərə rast gəlinir. Bu da müəyyən məsələlərdən xəbər verir”.
Bu fikirləri AzadMedia.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O, bir neçə gün öncə Ermənistanda terror təşkilatının aktivləşməsindən də danışıb:
“Nəzərə alsaq ki son günlər Ermənistanda polislə terror təşkilatı arasında toqquşma baş verir. Bu terror təşkilatının adı “döyüş qardaşlığı” adlanır.Təbii ki, bu qruplaşma icazəli fəaliyyət göstərir Onu da deyim ki, Ermənistanda 13-ə yaxın qeyri-qanuni terror qruplaşmalari barədə məlumatimiz var. Artıq 49 nəfəri həbs edilib. Həminterror qruplaşması Pasinyanın qaytarmaq istədiyi kəndlərə görə əhalini müharibəyə çağırıb. Fikir verirsizsə, proseslər sürətlə davam edir. Nə qədər ki Pasinyan işğal altında saxladığı kəndlərdən danışmırdı və biz də “döyüş qardaşlığı” təşkilatının passiv fəaliyyətini görürdük. Elə ki, kəndlərlə bağlı Paşinyan bəyanat səsləndirdi, dərhal aktiv fəaliyyətə başladılar. Digər məsələ isə odur ki, Paşinyan ordunu həmin ərazilərdən geri çəksə belə terror qruplaşmasi fəaliyyətlərini davam etdirəcək”.
Ədalət Verdiyev Avropa ittifaqının susqunluğuna da münasibət bildirib:
“Avropa İttifaqının missiyası heç bir monitorinq aparmır. Biz monitorinqin nəticələrini də görmürük. Niyə gəlib Azərbaycanın Qazax rayonu istiqamətində 7 kəndində həyata keçirilən terror təşkilatını görmürlər?!. 3 kəndimiz orada yerlə- yeksan edilib. Niyə monitorinq qrupu orada fəaliyyət göstərmir?! Görünən odur ki, burada erməni təhlükəsizliyi müdafiə olunur və onlara silahla yanaşı, mənəvi siyasi dəstək verirlər. Bu da Azərbaycana qarşı yönəlib. Azərbaycan öz ərazilərini qısa müddətdə azad edəcək”
Xəlil XƏLİLOV
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.