AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DOST TV sosial sahədə əsas platformaya çevriləcək - QHT sədri

  • + A
  • - A
  • 2-04-2024, 14:45

    DOST TV sosial sahədə əsas platformaya çevriləcək -  QHT sədri


    Bu gün yayıma başlayan DOST TV-nin komandasını təbrik edirəm. İxtisaslaşmış və peşəkar resursların fəaliyyətinə hər zaman ehtiyac olub. Bu baxımdan hesab edirəm ki, DOST TV-nin auditoriyası xeyli geniş olacaq. 


    Bu fikirləri QHT.az-a açıqlamsında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.
    Təşkilat sədri vurğulayıb ki, Cənab Nazir Sahil Babayevin də ilk canlı yayımda vətəndaşlarla birbaşa təmas formatında iştirakı alqışa layiqidir. 
    "Nazirin iştirakı həm də DOST TV komandası üçün əlavə məsuliyyət və eyni zamanda dəstəkdir. Son 4-5 ildə sosial sahədə uğurlu idarəetmə modelinə keçid hər birimizi sevindirir.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bütün qurumları yeni dövrün tələblərinə uyğun işlərini qurublar. 
    Nazirliyin elektron xidmətləri,  həmçinin proaktiv xidmətləri digər qurmalar üçün nümunə olub.  Yeni yaradılan Dost mərkəzlərində, yeni reabilitasiya mərkəzlərində və digər yüzlərlə müəssisədə müasir dövrün tələblərinə uyğun xidmətlər təşkil edilib.  Sözsüz ki, bu uğurlar Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın sosial sahəyə xüsusi diqqəti nəticəsində baş tutub. 
    İnanırıq ki, Dost TV vətəndaşların hüquqlarının qavramasında, imtiyaz və güzəştlərinin öyrənilməsi üçün xüsusi bir layihə olacaq. İlkin məlumatlardan aydın olur ki, Dost TV həm müxtəlif ekspertlərin, vətəndaş cəmiyyəti institutları nümayəndələrin və sosial sahədə çalışan digər şəxslər üçün həm də müzakirə platforması olacaq.  DOST TV həm texniki göstəricilərinə və həm də peşəkar komandasına görə yaxşı təşkil edilib. İlk yayımdan hiss olunur fərqli və maraqlı verilişlər olacaq. Bu verilişlərdə  də əsasən həssas qruplara  yer veriləcək. DOST TV marifləndirmə funksiyasına və vətəndaşlarla təmas baxımından  əsas platformaya çeviriləcək"


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR