Azərkosmos peyk görüntülərinə əsasən 2020-2023-cü illərdə Kür çayının Salyan şəhəri yaxınlığından keçən hissəsində monitorinq aparıb.
Nəticələr göstərir ki, əgər 2020-ci ildə çayın orta eni 101 metr idisə, 2023-cü ilin eyni dövründə bu göstərici 93 metrə enib. Yəni, üç il ərzində Kürün orta eni 8 metr azalıb.
Müşahidə aparılan dövrdə Kürün eninin ən az olduğu dövr 2021-ci ilin fevralıymış. Həmin vaxt Kür çayının Salyan şəhəri yaxınlığından keçən hissəsində orta en göstəricisi 68 metrə qədər geriləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.