AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Tiktok”çuların həbsi vəziyyəti düzəldəcəkmi?

  • + A
  • - A
  • 16-04-2024, 03:50

    “Tiktok”çuların həbsi vəziyyəti düzəldəcəkmi?

    Hacıbəy Heydərli,
    Mətbuat Şurasının İdarə Heyətinin üzvü

    Son günlər Azərbaycanda bir neçə məşhur “tiktok”çu həbs edilib. Bu şəxslər qısa müddət ərzində özlərinə o qədər geniş auditoriya toplayıb ki, onların həbsi medianın və cəmiyyətin gündəmini zəbt etməyi bacarır. Əslində, bu həbsləri cəmiyyətin sifarişi də adlandırmaq olar. Çünki uzun müddətdir ki, onların cəzalanması, hətta “tiktok”un birbaşa bloklanması tələblərinə rast gəlirik. Artıq bu adamların maarifləndirmə yolu ilə islahı da mümkün olmadığı üçün cəzalandırma ön planı çıxdı və bəziləri cəzalandı, digərləri də yəqin ki, bundan dərs çıxaracaq.

    Bu məsələdə diqqətçəkən başqa bir məqam isə aidiyyatı qurumların “tiktok”da söyüş söyən, milli-mənəvi dəyərləri ayaq altına alan xanım “tiktok’çulara qarşı humanist davranışıdır. Bu təqdirəlayiq hal olsa da, nə vaxtsa, onları da islah etmək zamanı gəlməlidir.

    Ümumilikdə düşünürəm ki, son günlərdə baş tutan həbslər “tiktok”dakı vəziyyəti ciddi şəkildə dəyişəcək. Necə ki, bir müddət öncə əlaqədar qurumlar “tiktok”da narkotiki təbliğ edən şəxsləri cəzalandırdı və qısa müddətdə həmin təbliğatın kökü tamamilə kəsildi.

    Bu məsələdə cəmiyyət də aidiyyatı qurumlara yardım etməli və neqativ hadisələrə qarşı mübarizə aparmalıdır. Bu məsələdə qardaş Türkiyə nümunəsi ön plana çıxa bilər. Türkiyə DİN qaynar-xətt yaradıb və insanlar “tiktok”da neqativ hadisələr haqda həmin an məlumat verirlər. Bizdə də maarifləndirmə və cəzalandırma paralel şəkildə getsə, tezliklə “tiktok”da müsbət dəyişiklikləri görə biləcəyik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR