AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əziz Zeynalov: “Bu gün Nəsimi Bələdiyyəsi sakinlərin asudə vaxtının səmərəli təşkilində öz töhfəsini verir”

  • + A
  • - A
  • 19-04-2024, 10:02

    Əziz Zeynalov: “Bu gün  Nəsimi Bələdiyyəsi sakinlərin asudə vaxtının səmərəli təşkilində öz töhfəsini verir”

    "Paytaxtın Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yaşıllıqların salınması işləri davam etdirilir. Hazırda rayon ərazisində Nərimi Bələdiyyəsi tərəfindən daha bir “Abad həyət” layihəsinin icrasına başlanılb”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Əziz Zeynalov deyib.

    Sədrin sözlərinə görə, Nəsimi RİH - in təşəbbüsü və sakinlərin müraciətinə əsasən Mirəli Qaşqay küçəsi 22/24 saylı ünvanda əsaslı təmir bərpa işləri aparılır. Az vaxt ərzində həmin ünvanın əhatə etdiyi ərazidə abadlıq, quruculuq və yenidənqurma işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə veriləcək.

    Hazırlanmış layihəyə uyğun olaraq binanın fasadları əsaslı təmir ediəcək, yeni yağış suları axıdan borular və navalçalar quraşdırılacaq, giriş qapıları və pilləkən qəfəslərinin pəncərələri dəyişdiriəcək. Görüləcək işlər sırasında binaların əhatə etdiyi həyətə asfalt örtüyü, qazon, tamet daşı vurulacaq, yeni bardürlər və kiçik tullantıların atılması üçün yeni zibil qutuları qoyulacaq, habelə istinad divarı bərpa olunaraq aqlay daşla üzlənəcək.

    Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binaların həyətinə söhbətgah və oturacaqların quraşdırılması, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılması nəzərdə tutulub.

    Bununla yanaşı abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, məhəlləyə müxtəlif növ həmişəyaşıl ağac, gül-çiçək kolları əkiləcək, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq göstərilməsi planlaşdırlıb.

    Bu artıq bələdiyyə tərəfindən rayon əraziisndə həyata keçirdkləri üçüncü böyük layihədir.

    Sədr sonda qeyd edib ki, bu gün Nəsimi Bələdiyyəsi sakinlərin asudə vaxtının səmərəli təşkilində öz töhfəsini bundan sonra da verəcək.














    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR