AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AzTU-da “Qərbi Azərbaycan Texnoloji İrsi” Mərkəzi yaradılıb

  • + A
  • - A
  • 23-04-2024, 23:05

    AzTU-da “Qərbi Azərbaycan Texnoloji İrsi” Mərkəzi yaradılıb

    AzTU Elmi şurasının növbəti iclası keçirilib. İclasda Baş nazir Əli Əsədovun “Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” Qərarından irəli gələn məsələrlə bağlı müvafiq tapşırıqlar verilib.

    Eyni zamanda, tədrisin keyfiyyətinin artırılması, elmi-tədqiqat işlərinin beynəlxalq standartlar əsasında formalaşdırılması, eləcə də texnoloji transfer fəaliyyətinin və universitet sahibkarlığının artırılması ilə bağlı qərar qəbul edilib. Buna müvafiq olaraq AzTU-nun yeni strukturu təsdiqlənib.

    “Machine science” jurnalının beynəlxalq elmi bazalara düşməsi üçün tədbirlər planı da təsdiq olunub.

    İclasda Prezident İlham Əliyevin 2022-cil il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə səsləndirdiyi fikirlər, xüsusilə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması istiqamətində verdiyi tapşırıqlara uyğun olaraq, AzTU-da “Qərbi Azərbaycan Texnoloji İrsi” Mərkəzinin yaradılması haqqında qərar qəbul edilib. Mərkəz ictimai əsaslarla fəaliyyət göstərəcək


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR