Xəbər verdiyimiz kimi Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib.
İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində 1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib.
Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub.
Hər iki valideyn “Azərsu” ASC-nin tabeliyində fəaliyyət göstərən Qarabağ Regional Su-Kanal İdarəsində işləyir. Uşağın adı Ali Baş Komandanın şərəfinə İlham qoyulub. Azadmedia.az-a daxil olan məlumata görə Xankəndi şəhərində dünyaya gələn körpə tanınmış mədəniyyət xadimi Səadət Butanın nəticəsidir. Səadət xanım özü də bu barədə sosial media hesabında paylaşım edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.