AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində uğurlu fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilib

  • + A
  • - A
  • 24-04-2024, 16:15

    ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində uğurlu fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilib

    Nazirlik yanında İctimai şura isə 2023-cü il üzrə ən fəal İctimai şura seçilib


    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bir qrup QHT nümayəndəsi ilə görüş olub. Görüşdə Nazirlikdə ictimai iştirakçılığın təmin olunması sahəsində görülən işlərdən bəhs olunub.

    “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanlarının əməkdaşlığının önəmini vurğulayıb. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq təcrübəsinin təqdirəlayiq olduğunu qeyd edib.

    Bildirilib ki, Nazirlik ictimai iştirakçılığın təmin edilməsi sahəsində uğurlu fəaliyyətinə və İctimai şuraların vahid onlayn platforması olan ictimaishura.az saytı ilə fəal əməkdaşlığına görə Fəxri Fərmanla təltif edilib.

    Fəxri Fərman əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevə təqdim olunub.

    Həmçinin ictimaishura.az saytında keçirilən sorğuya əsasən Nazirlik yanında İctimai şuranın 2023-cü il üzrə ən fəal İctimai şura seçildiyi diqqətə çatdırılıb və bununla bağlı İctimai şuranın sədri, professor Elşad Məmmədova Fəxri Fərman təqdim edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR