AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SOS - Divarlara yazılan naməlum teleqram kanallarıyla narkotik satırlar

  • + A
  • - A
  • 25-04-2024, 17:13

    SOS - Divarlara yazılan naməlum teleqram kanallarıyla narkotik satırlar

    Çox dəhşətli bir məsələ var. Bakının küçələrində divarlarda, qarajların üzərində naməlum teleqram kanallarının ünvanı yazılır. Sən demə məlum olub ki, bu kanallar narkotik vasitə satışının təşkili üçündür. Elə bir sistem qurulub ki, bu kanallar vasitəsilə satıcını görmədən, narkotik vasitələr əldə etmək olur. Belə yazılar yavaş-yavaş məktəblərə yaxın yerlərdə də peyda olmağa başlayıb.
    Bu barədə texnobloger, Mətbuat Şurasının üzvü Fərid Pərdəşünas sosial media üzərindən həyəcan təbili çalıb.
    F.Pərdəşünas bildirib ki, Azercell və Azərbaycan Cüdo Federasiyası #DoğruYolBudur sosial təşəbbüs layihəsinin bir hissəsində bu yazıları qapatmağa başlayıb. Artıq o yazılar silinir və üzərinə belə mesaj ifadə edən posterlər yapışdırlır. Bu məsələ ictimailəşməlidir. Gözümüzün önündə, küçədə, evimizdə gizli təbliğat gedirmiş. Müvafiq qurumlar dərhal həmin teleqram kanallarına yönələn linki bloklamalıdır. Mən baxdım, link aktivdir. Sayta, oradan teleqrama yönəldir. Birmənalı link bağlanmalıdır:

    "Hələlik, linklər bloklanana qədər əgər belə link olan yazılar gördüyünüz küçə, divar, qarajlar varsa, rəydə fotolarını atın və adreslərini yazın, üzərini bu formada bağlatdıraq".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR