AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

i Vardanyan Bakı həbsxanasında aclıq aksiyasını dayandırıb

  • + A
  • - A
  • 25-04-2024, 22:42

    i Vardanyan Bakı həbsxanasında aclıq aksiyasını dayandırıb


    Qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) keçmiş dövlət naziri Ruben Vardanyan aprel ayında Azərbaycan həbsxanasında elan etdiyi aclıq aksiyasını dayandırıb. Bu barədə onun ailəsinin Vardanyanın Teleqram kanalında yaydığı bəyanatda deyilir.
    “Cənab Vardanyanın ailəsi nəhayət ki, onu aclıq aksiyasını dayandırmağa razı sala bildi”, – deyə DQR-in keçmiş dövlət naziri Telegram kanalında yazır.
    Vardanyan Dağlıq Qarabağdan Ermənistanın Qoris şəhərinə (Syunik rayonu) getmək istəyərkən Azərbaycanın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Biznesmen “Troyka Dialoq” şirkətinin təsisçisi və Skolkovo İdarəetmə Məktəbinin ilk prezidentidir. 2022-ci ilin sentyabrında Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Dağlıq Qarabağa köçmək niyyətində olduğunu bəyan edib.
    Həmin ilin dekabrında onun Rusiya vətəndaşlığından çıxmaq barədə ərizəsi təmin edilib. 2022-ci ilin noyabrında o, tanınmamış DQR-in dövlət naziri təyin edilib, 2023-cü ilin fevralında isə vəzifəsindən kənarlaşdırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR