AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baytar-həkim Təbriz Abdullazadə: "Baytarlıq həyati əhəmiyyət kəsb edən bir peşədir."

  • + A
  • - A
  • 27-04-2024, 19:28

    Baytar-həkim Təbriz Abdullazadə: "Baytarlıq həyati əhəmiyyət kəsb edən bir peşədir."


    Baytar həkimlərin peşə bayramıdır. Dilsiz-ağızsız heyvanlarla işləmək daha çətin, həm də məsuliyyətlidir. Sevindirici haldır ki, son vaxtlar gənclər arasında bu peşəyə maraq artıb. Belə gənclərdən biri də Təbriz Abdullazadədir.
    Azadmedia.az quşçuluq üzrə baytar-həkim Təbriz Abdullazadənin baytarlıq günü münasibətilə təbrikini təqdim edir:
    "Həkimlik, canlılara xidmət etdiyi üçün çox müqəddəs bir peşədir. Heyvanların əhliləşdirilməsi ilə tarixdə öz yerini tutan baytarlıq dünyada ən hörmətli və köklü peşələrdən biridir. Bu baxımdan baytarlıq təkcə heyvanlar üçün deyil, insan, ətraf mühit və qida sağlamlığının qorunmasında həyati əhəmiyyət kəsb edən bir peşədir.
    Ümumdünya Baytarlıq Günü münasibəti ilə bu müqəddəs peşə ilə məşğul olan bütün həmkarlarımı təbrik edir, bu sahədə mənə dəstək olan, ali təhsil müəllimlərimə, xüsusilə, çalışdığım müəssisənin baş baytar həkimi Əkbər Abdullayev və doktor Okan Akyıldız olmaqla hər birinə minnətdarlığımı bildirirəm."

    Bizdə öz növbəmizdə bütün baytar həkimləri peşə bayramı münasibətilə təbrik edir, yeni-yeni uğurlar arzu edirik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR