AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Sağlamlığa Xidmət” Vərəmlə Mübarizə Üçün Yeni Layihəyə Start Verdi

  • + A
  • - A
  • 4-06-2024, 09:57

    “Sağlamlığa Xidmət” Vərəmlə Mübarizə Üçün Yeni Layihəyə Start Verdi

    “Sağlamlığa Xidmət” İctimai Birliyi 01 iyun 2024-cü il tarixindən “Vərəmin diaqnostikasına, müalicə və profilaktikasına müasir yanaşmalar” adlı layihəsinin hazırlıq mərhələsinə başlayıb. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə 3 ay müddətində icra olunacaq.

    Bu barədə QHT.az-a layihənin rəhbəri, “Sağlamlığa Xidmət” İctimai Birliyinin sədr müavini Samirə Məmmədova məlumat verib. Sədr müavini qeyd edib ki, layihənin məqsədi Azərbaycanda vərəmlə xəstələnmə riski yüksək olan əhali qruplarını maarifləndirmək, vərəmin erkən aşkarlanması üçün şəxslərin (vərəm xəstələrinin, kontaktların, ailə üzvlərinin) məlumatlandırılması, vərəm epidemiyası yüksək olan Sumqayıt, Şirvan şəhərlərində, Salyan, Masallı, Sabirabad və Ağcabədi rayonlarında maarifləndirmə tədbirlərinin təşkil olunmasıdır.

    Samirə Məmmədova bildirib ki, iştirakçılara layihə çərçivəsində vərəm, hepatit, İİV/QİÇS infeksiyaları və psixoloji dəstək mövzularında məlumatların verilməsi də nəzərdə tutulur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR