AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dünya futbolunda qış transfer rekordu yeniləndi

  • + A
  • - A
  • Dünən, 21:00

    Dünya futbolunda qış transfer rekordu yeniləndi

    Futbol klubları yanvar ayında ümumilikdə 2,35 milyard dollar dəyərində 5863 transfer həyata keçirib.

    Hər iki rəqəm qeyd olunan dövr üçün rekord göstəricidir.

    2025-ci ilin yanvar ayında oyunçu transferlərinin ümumi məbləği 2024-cü ilin eyni dövrü ilə müqayisədə 57,9, 2023-cü illə müqayisədə isə 47,1 faiz çoxdur.

    Qış transfer pəncərəsində ən çox vəsaiti (621,6 milyon dollar) İngiltərə klubları xərcləyib. İlk “5-liy”ə Almaniya (295,7 milyon dollar), İtaliya (223,8 milyon dollar), Fransa (209,7 milyon dollar) və Səudiyyə Ərəbistanı (202,1 milyon dollar) komandaları da daxildir.

    Fransa klubları isə oyunçu satışından daha çox qazanıb - 371 milyon dollar. İlk “5-lik”də Almaniya (226,2 milyon dollar), İngiltərə (186,2 milyon dollar), Portuqaliya (176,4 milyon dollar) və İtaliya (162 milyon dollar) təmsilçiləri da qərarlaşıblar.

    Qadın futbolunda da transferlərin ümumi məbləği üzrə rekord yenilənib. Ötən ay 5,8 milyon dollar məbləğində 455 keçid baş tutub. Bu isə müvafiq olaraq, +22,6 və 180,6 faiz artım deməkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR