Türkiyə hökuməti Xarici İşlər Nazirliyinin 250-yə qədər əməkdaşının həbsi üçün order verib. Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Bizimyol.info xəbər verir ki, həbsinə sanksiya verilən XİN əməkdaşları FETÖ (Fətullah Gülənin Terror Örgütü) üzvü olmaqda ittiham edilir. Türkiyə hökuməti Fətullah Gülən və tərəfdarlarını 2016-cı ilin iyulunda ölkədə dövlət çevrilişinə cəhddə günahlandırır.
İstintaq belə nəticəyə gəlib ki, şübhəli bilinən diplomatlar vaxtilə uğurla imtahandan keçərək, Xarici İşlər Nazirliyində məqsədli şəkildə işləməyə başlayıblar. İddia olunur ki, onlar hələ həmin vaxtdan terrorçularla əməkdaşlıq ediblər.
Həbsinə order verilmiş 250-yə qədər diplomatdan 80-ni artıq saxlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.