Rusiyanın Lipetsk vilayətində iki qırıcı toqquşub.
Bu barədə REN TV yazır.
Məlumata əsasən, iki “Su-34” çoxhədəfli qırıcı-bombardmançısı məşq uçuşu zamanı vizual kontaktı itirdiklərinə görə bir-birinə dəyib.
Aparıcı təyyarənin qanadı digər təyyarənin kabinasına dəyib. Təyyarələri döndərmək istədikdə isə onlar bir daha toqquşublar. Bu zaman onlardan birinin mühərrikinə qırıntılar düşüb.
Ciddi zədələrə baxmayaraq, hər iki qırıcı yerə endirilib. Xəsarət alan olmayıb.
Təyyarələrdən birinin kabinası, mühərriki və füzelyajı zədələnib. Digərinin radioelektron mübarizə kompleksinin əsas hissəsi ilə qanadının ucu qırılıb.
Qırıcı-bombardmançılar Rusiya Müdafiə Nazirliyinin Aviasiya Personalının Hazırlığı Mərkəzinə aiddir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.