İranın İnqilab Keşikçiləri Ordusunun (“SEPAH”) Qüds korpusunun yanarın 3-də ABŞ tərəfindən qətlə yetirilmiş komandiri Qasım Süleymaninin qızı Zeynəb Süleymani Livanda “Hizbullah lideri Seyid Həsən Nəsrullahla görüşüb. İsrailin “The Jerusalem Post” nəşrinin yaydığı məlumata görə, görüş yanvarın əvvəlində baş tutub. Xəbərdə xatırladılır ki, atasının dəfn mərasimində Zeynab Süleymani hər birini “əmi” adlandırdığı Nəsrullahı, Yəmən üsyançı lideri Əbdül Malik əl-Xutini və Suriya prezidenti Bəşər Əsədi atasının qisasını almağa çağırıb. O, İranın ali dini lideri Ayətullah Əli Xameneyinin başçılıq etdiyi matəm toplantısında çıxış edən ilk qadın olub. General Süleymaninin qızı “Tvitter”-də Nəsrullahla görüşün videosunu paylaşaraq belə bir şərh də yazıb: “Amerikanın və sionistlərin hörümçək yuvaları məhv ediləcək.” Video-kadrlarda Zeynəbin barmağında atası general Süleymaninin ölüm anında barmağında olmuş üzüyə bənzər bir üzük də nəzərə çarpır. Qasım Süleymaninin qızının Hizbullah lideri ilə görüşü mehriban atmosferdə keçib. Lakin onlar arasındakı söhbətin konkret detalları açıqlanmır. (moderator.az)