Lukaşenkodan şok müraciət: Bu baş versə, Rusiya çökəcək!
Belarus çöksə, növbədə Rusiya olacaq.
Azadmedia.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
O, rusiyalı jurnalistlərə müraciət edərək, müəyyən siyasi hadisələr baxımından arxaynlaşmamağa çağırıb:
“Bizim Rusiya rəhbərliyi ilə hara gəldiyimizi bilirsinizmi? Əgər Belarus bu gün çöksə, növbədə Rusiya olacaq”.
Lukaşenko etirazlarla bağlı yaranmış gərgin situasiyaya xüsusi diqqət çəkib:
“Əgər düşünürsünüzsə ki, varlı Rusiya bununla bacaraq, o zaman yanılırsınız. Çox prezidentlərlə, böyük qardaşım Putinlə (Rusiya Prezidenti Vladimir Putini belə adlandırır – red.) danışmışam. Ona xəbərdarlıq etmişəm. Buna qarşı çıxmaq olmaz”.