AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya XİN NATO-nu Kiyevi təhrik etməkdə günahlandırdı

  • + A
  • - A
  • 14-04-2021, 21:45



    “NATO ukraynalı siyasətçiləri Donbas bölgəsində gərginliyi saxlamaqla bağlı təhrik edir, Avropa İttifaqı isə Kiyevi təhrik edir”.

    Azadmedia.az xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova “Vesti FM” radiosuna açıqlamasında deyib.

    “Təhlükəsizlik məsələləri ilə maraqlanmalı olan NATO bütün mümkün vasitələrlə Kiyevi təhrik edir. Kiyevlə yaxın təmas və əməkdaşlıq içində olan ittifaq, əslində, Donbasda nə baş verməsi ilə maraqlanmır.

    Əksinə, Kiyevdəki siyasətçiləri dırnaqarası uğurlara təhrik edir və uzun illərdir belədir. Uşaqlar, qadınlar, yaşlılar ölür”, - Zaxarova qeyd edib.

    XİN rəsmisi bildirib ki, Aİ digər təşkilatlar çərçivəsində qəbul edilən öhdəliklərini unudaraq, Donbasda yaşananları izləməklə kifayətlənir:

    “Güclü iqtosadiyyat, ordu və kəşfiyyata malik Avropa ölkələrini bir dam altında birləşdirən Aİ Avropanın ürəyində baş verənləri izləyir, hətta izləməklə kifayətlənməyib Kiyevi mümkün olan hər şəkildə təşviq edir. Sözügedən məsələ artıq insan hüquqlarə deyil, təhlükəsizlikdir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR