AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bağdaddakı yanğına görə nazir və qubernator istefaya göndərildi

  • + A
  • - A
  • 25-04-2021, 17:40


    İraqın Baş naziri Mustafa əl-Kazımi koronavirus xəstələri üçün xəstəxanada baş vermiş yanğın hadisəsinə görə ölkənin səhiyyə nazirini və Bağdadın qubernatorunu vəzifəsindən azad edib.

    Azadmedia.az xəbər verir ki, bu barədə “Sky News Arabia” kanalı məlumat yayıb. Bildirilir ki, istefaya göndərilən nazirlə qubernatora qarşı istintaq başladılıb. 82 nəfərin öldüyü yanğının baş verməsi səbəbi kimi səhlənkarlıq və yanlış idarəetmə göstərilir.

    İbn əl-Xatib xəstəxanasındakı faciəyə görə baş həkim, təhlükəsizlik xidmətinin rəisi və hospitalın texniki avadanlıqlarla təchizinə məsul olan şəxs saxlanılıb. Ölkədə üçgünlük matəm elan edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR