İranın 4+1 ölkələri ilə müzakirələrdəki nümayəndəsi, xarici işlər nazirinin müavini Abbas Əraqçı Avropa ölkələri ilə sanksiyalardan bir sıra şəxslərin və qurumların adlarının çıxardırılması ilə bağlı razılıq əldə olunduğunu bildirb.
APA-nın Tehran bürosunun məlumatına görə, A.Əraqçı deyib ki, Avropa ölkələri ilə İranın enerji sektoruna, o cümlədən neft, qaz, avtomobil sənayesi, maliyyə və bank sanksiyaları və limanlara tətbiq olunan sanksiyaların ləğvi ilə bağlı razılıq mövcud idi. Hazırkı danışıqlarda da bu haqda razılıq əldə olunub.
Bundan başqa bəzi şəxslər və qurumların sanksiyalardan adının çıxarılması haqqında da danışıqlar aparılır və bir çox şəxs, habelə qurumların adlarının sanksiyalardan çıxarılması ilə bağlı ilkin razılıq əldə olunub. Bəzi sahələrdə saziş üçün mətn də yazılıb.
O qeyd edib ki, imzalanacaq saziş İran İslam Respublikasının qətiyyətli mövqeyinə uyğun hazırlanacaq.
Qeyd edək ki, İran və 4+1 ölkələr arasında danışıqlar aprel ayının 2-dən onlayn formatda başlayıb və daha sonra Vyanada ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.