Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general-polkovnik Movses Akopyana qarşı ittiham irəli sürülərək cinayət işi açılıb.
Bu barədə Akopyan “Sputnik Armeniya”ya açıqlamasında bildirib.
Cinayət işi Milli Təhlükəsizlik Xidməti tərəfindən Ermənistan Cinayət Məcəlləsinin 306-cı maddəsi (dövlət sirri sayılan məlumatların yayılması) üzrə başladılıb.
General daha əvvəl MTX-da dindirildiyini söyləyib. Ona qarşı yaşayış yerini tərk etməməklə bağlı qabaqlayıcı tədbir görülüb.
Qeyd edək ki, Akopyan ötən ilin noyabrında keçirdiyi mətbuat konfransında səs-küylü açıqlamalar vermişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.