Ermənistan Prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Karen Abramyanı vəzifədən uzaqlaşdırıb.
AzadMedia.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir. Bildirilir ki, Abramyan hazırda Baş nazir səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyanın təklifi əsasında işdən çıxarılıb.
Qeyd edək ki, Karen Abramyan ötən ilin iyunundan Baş Qərargah rəisinin müavini vəzifəsini icra edir. O eyni zamanda Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyatlar İdarəsinin rəisi olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.