Ermənistan Baş nazirinin ofisi prezident administrasiyasına Artak Davtyanın ölkənin Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsinə təyin edilməsi üçün yenidən vəsatət təqdim edib.
Bu barədə “Armenpress”ə açıqlamasında baş nazirin mətbuat katibi Mane Gevorkyan bildirib.
Qeyd edək ki, baş nazir Nikol Paşinyan martın 10-da Davtyanın Baş qərargah rəisi Onik Qasparyanın yerinə təyin olunması ilə bağlı prezident Armen Sarkisyana vəsatət təqdim etmişdi. Lakin bu gün səhər saatlarınsa Sarkisyan həmin vəsatəti geri göndərib.
Artak Davtyan 2018-2020-ci illərdə Silahlı qüvvələrin Baş qərargah rəisi vəzifəsini tutub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.