Gürcüstanda yeni baş nazir və hökumət təsdiqləndi
Gürcüstan parlamenti 89 səslə İrakli Qaribaşvilinin rəhbərliyi ilə yeni hökumətin tərkibini təsdiq edib.
Azadmedia.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, İrakli Qaribaşvilinin başçılıq edəcəyi yeni hökumətdə iki yeni nazir - regional inkişaf və infrastruktur naziri İrakli Karseladze və müdafiə naziri Cuanşer Burçuladze təmsil olunub.
Nazirlər Kabinetinin yeni tərkibi aşağıdakı kimidir:
Regional İnkişaf və İnfrastruktur naziri - İrakli Karseladze
Ədliyyə naziri - Qoça Lortkipanidze
Daxili işlər naziri - Vaxtanq Qomelauri
İqtisadiyyat və Davamlı İnkişaf naziri - Natiya Turnava
Müdafiə naziri -Cuanşer Burçuladze
Xarici İşlər Naziri - David Zalkaliani
Maliyyə naziri - İvane Maçavariani
Təhsil, Elm, Mədəniyyət Naziri - Mixail Çxenkeli
Məcburi köçkünlərin işi üzrə, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri - Yekaterina Tikaradze
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Naziri - Levan Davitaşvili
Sülh və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri - Teya Axvlediani
Xatırladaq ki, Gürcüstanın Baş nazir postu Georgi Qaxariyanın istefasından sonra İrakli Qaribaşviliyə keçib. Qaribaşvili 2012-2013-cü illərdə daxili işlər naziri, 2013-2015-ci illərdə Baş nazir olub.