ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov potensial cinayətkar haqqında məlumat verdiyinə görə Kampbell Şəhər Polis İdarəsindən xüsusi mükafat alıb.
AzadMedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
“Bu münasibətilə Fərrux Məmmədovu təbrik edirik. Polis, Fərrux Məmmədovun zənginin yüzlərlə insanın həyatını xilas etdiyini güman edir və bu, ABŞ polisinin layiqincə qəhrəman adlandırdığı Fərruxun sayəsində baş verib”, - deyə səfriliyin məlumatında deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.