Qoca erməni: “Mən uşaqlarımı müharibəyə buraxan deyiləm!”
Ermənistanda vətəndaşlar artıq Qarabağın onlar üçün lazımsız avantyura olduğunu anlayıblar. Bu mövzuda dəfələrlə yazmışıq, lakin son zamanlar bu cür bəyanatlar daha açıq şəkildə sızmaqdadır. Robert Köçəryanın hakimiyyətə gəlişindən öncə Ermənistan əhalisi Qarabağdan çıxmış ermənilərə yuxarıdan aşağı baxaraq onları kobud, inkişafdan geridə qalmış, “uzunqulaq” adlandırırdılarsa, kobud qarabağlılar hakimiyyətə gəldikdən sonra bu daxili ideoloji qarşıdurma, kütləvi beyin axını və işsizliyin fonunda daha kəskinləşib.
Aşağıda göstərilən videoçarxda adını açıqlamayan 60 yaşlı erməni, ölkənin vəziyyəti haqda danışır.
"Ölkə.Az" 60 yaşlı erməninin ölkənin vəziyyəti haqqında danışdıqlarını sizə təqdim edir:
1958-ci ilin 30 mart tarixində doğulmuşam, ailəmlə şəhərdə qalıram. Baş verənlər o həddə çatıb ki, artıq öz ölkəndə əsir olduğunu düşünürsən. Hansı yerdə işləməyə getsən, sənə nəyi və necə edəcəyini diktə edirlər. Belə vəziyyətdə necə yaşamaq olar? Hər yeri bazara döndəriblər, yəni hakimiyyətə istehsalat, zavodlar lazım deyil. Və hər bazara bir lopabığ Qarabağ ermənisi təyin edilir ki, ticarətçilərdən hər kvadrat metr yerə görə 300-500 dollar icarə pulu yığsın. Ticarətə girişməyə məcbur olanlar isə professorlar, müəllimlər, mühəndislərdir, hamı alverçiyə çevrilib.
Qarabağ erməniləri zavod və fabriklərdə olan avadanlıqları talayaraq satıb. Biri gəlir müəssisəni alaraq başqasına satır, müəssisənin sahibi 4-5 dəfə sahibini dəyişdikdən sonra, son detalına kimi avadanlıq əridilərək satılır xaricə. Kimyəvi reaktit maddələri zavodu, rezin-texniki zavodu, təkər zavodu – artıq bunların heç biri yoxdur. Qafqazda yeganə kauçuk məhsulları buraxan zavodumuz var idi, o da yoxdur. Ermənistanın artıq özünə məxsus heç nəyi yoxdur!
Dəmir yolları, rabitə, artıq bunlar hamısının adında “Rus-arm” kəliməsi var. Bu isə gəlirlərin 50X50% bölgüsü demək deyil. Az faiz Ermənistana çatır, qalanı gedir ruslara. Nəyə görə? Hansı borclara görə? Tutalım ki, Serjik Sarkisyan bunları tankla, silahla başa-baş dəyişsin, hanı o silahlar? Mən vətəndaş kimi görmək istəyirəm!
Neçə milyard xarici borc yığılıb – bunlar haradan yığılır və kim qaytaracaq, mən bunu bilmək istəyirəm. Qarabağ erməniləri mənim ölkəmi bir parça kəllə qənd kimi parçalayıb yeyirlər. Kimin əli çatır, atasının mülkiyyəti imiş kimi salır kassaya. Bezmişik bu talançılıqdan. Mən demişəm, indi də deyirəm, mənim uşaqlarım Ermənistan ordusunda vuruşmağa getməyəcəklər! GETMƏYƏCƏKLƏR! Kimə görə, nəyə görə? Ailəmə niyə ziyan vurmalıyam?! Kimdir axı bunlar (Qarabağ erməniləri nəzərdə tutulur), o prezidentdir? Xalqın iradəsinə qarşı gedir, sanki bizi deyil, Qarabağ tayfasının mənafeyini təmsil edir. (sitatın sonu).
Azərbaycanda isə deyirlər ki, Serjik Sarkisyan və komandası bizim gizli köməkçilərimizdir. Cinayətkar, terrorist olsalar da, düşmən dövlətinin təməlini qazıb məhv edən ikinci belə hakimiyyət hələ dünyaya gəlməyib.