Yapon filmində təhqir olunan qırğızlardan SƏRT REAKSİYA — VİDEO
Yapon istehsalı olan "Brave Storm" filmində qırğızlar təhqir edilib.
Noyabr ayında təqdimatı keçiriləcək filmin reklam çarxı sosial şəbəkələrdə qırğızların kütləvi etirazına səbəb olub. Tizerdə dünyanı işğal etməyə gələn bədheybət yadplanetlilərin qırğız adlandırılması bu etirazı yaradıb.
Filmdə yadplanetli qırğızlara qarşı mübarizə aparacaq robotları istehsal etmək üçün insanlar 2050-ci ildən geri qayıdırlar.
Yadplanetlilərin niyə qırğız adlandırılmasının səbəbi bilinmir. Qırğızıstan vətəndaşları isə "biz yadplanetli deyilik"-deyə etiraz ediblər.
Bəzi qırğızlar isə bu vəziyyətlə əylənərək "Adi bir xalq olmadığımızı bilirdim", "filmdəki qırğızların adi bir qırğız bürokratından heç bir fərqi yoxdur"-deyiblər.