Türkiyə Ukrayna ilə Rusiya arasındakı gərginliyi diqqətlə izləyir.
AzadMedia.az xəbər verir ki, bu barədə Münhen Təhlükəsizlik Konfransı başa çatdıqdan sonra Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib.
"Orada hərbi fəaliyyət müşahidə olunur. Bu fəaliyyətin müəyyən nəticələri var. Bu barədə mətbuatda da xəbərlər var. Onları qiymətləndirərkən çox diqqətli olmaq lazımdır. Çünki dezinformasiya, saxta xəbərlərə rast gəlinir. Ona görə də bəzi arzuolunmaz halların baş verməsinin qarşısını almaq lazımdır", - deyə nazir qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.