“Air France” öz sərnişinlərini sabaha olan Kiyev reyslərinin ləğv edildiyi barədə məlumatlandırıb.
AzadMedia.az xəbər verir ki, bu barədə “Ukrinform” agentliyi məlumat yayıb.
Bildirilib ki, Fransa aviaşirkəti uçuşların təhlükəsizliyinin ən yüksək səviyyədə təmin olunması məqsədilə xidmət göstərdiyi ərazilərdə geosiyasi vəziyyətin inkişafını diqqətlə izlədiyini qeyd edib.
“Yerdəki vəziyyəti nəzərə alaraq ehtiyat tədbiri kimi Kiyevə və Kiyevdən fevralın 22-nə olan uçuşlar ləğv olunur. Bu vəziyyətlə əlaqəli müştərilər fərdi qaydada məlumatlandırılacaq”, - deyə şirkətdən bildiriblər.
Vəziyyəti müntəzəm olaraq qiymətləndirəcəyini qeyd edən "Air France" xatırladıb ki, uçuşların, müştərilərin və heyətin təhlükəsizliyi onun üçün əsas tələbdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.