Ukraynaya təcavüz etdiyi üçün bir çox ölkənin sanksiyalar tətbiq etdiyi Rusiya iqtisadi baxımdan çətin günlər yaşayır.
Rusiyanın maliyyə naziri Anton Siluanov “Rossiya-1” dövlət kanalına müsahibəsində ölkəsinin ABŞ və Avropa İttifaqı tərəfindən dondurulmuş ehtiyatları barədə danışıb. Ölkəsinin 643 milyard dollar civarında ehtiyata malik olduğuna diqqət çəkən Siluanov, sanksiyalara görə 300 milyard dollarlıq ehtiyatdan istifadə edə bilmədiklərini söyləyib.
"İndi biz ehtiyatın 300 milyard dollarını istifadə edə bilmirik. Ehtiyatın bir hissəsi Çindədir və Qərb indi Çinə təzyiq edir ki, bizim bu ehtiyata çıxışımızı məhdudlaşdırsın", - deyə o, bildirib.
"Unikal"
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.