"Bundan sonra Rusiyaya dost olmayan ölkələrin liderlərinə qarşı şəxsi sanksiyalar tətbiq olunacaq".
Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib .
Rusiya prezidentinin mətbuat katibi həmçinin qeyd edib ki, Moskva ABŞ lideri Cozef Baydenə qarşı sanksiyalar elan edərək, Amerika tərəfi ilə təmaslardan imtina etmir. Bundan əlavə, o təsdiqləyib ki, sanksiyalar mövzusu Rusiya və Ukrayna arasında danışıqlarda da görünür, lakin təfərrüatlar hələlik açıqlanmayacaq.
Qeyd edək ki, bir neçə gün öncə rəsmi Moskva Rusiya hökumətinə dost olmayan ölkələrin adını açıqlamışdı. Onu da deyək ki, dost olmayan dövlətlərin əksəriyyəti Avropa ölkələri idi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.