Azadmedia.az xəbər verir ki, Rusiya hökuməti Prezident Vladimir Putin adından dost olmayan ölkələrin siyahısını hazırlayır.
Belə ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RİA Novosti”yə müsahibəsində deyib:
“Ancaq mən indi qabağa qaçmazdım: bu siyahıya Rusiya haqqında xoş olmayan bir şey söyləyən hər ölkəni daxil etmək istəmirik”.
Onun sözlərinə görə, müvafiq qərarlar vəziyyətin dərin təhlilinə və bu ölkə ilə fərqli bir şəkildə iş aparmaq imkanlarının müəyyənləşdirilməsinə əsaslanacaq.
XİN rəhbəri düşmən siyahısının vaxtaşırı doldurulacağını və ölkələrin tam siyahısının tezliklə yayımlanacağını açıqlayıb.
Lavrov dost olmayan ölkələrə qarşı görülən tədbirlərdən də danışıb. Belə ki, həmin ölkələrə Rusiya ərazisində yaşayan şəxsləri işə götürmək qadağan ediləcək.
Bundan əvvəl, Rusiya Prezidenti dost olmayan dövlətlərin davranışlarına təsir tədbirləri haqqında bir fərman imzalayıb. Sənədə görə, hökumət müvafiq təsir tədbirlərinin tətbiq ediləcəyi dost olmayan dövlətlərin siyahısını müəyyənləşdirməlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.