Ağdam, Füzuli və Cəbrayıl rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı layihələr yaxın 3 ay ərzində tam hazır olacaq və sonra tikinti işlərinə başlanılacaq.
Bunu Azərsu ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəis müavini Ceyhun Məmmədov bildirib.
Onun sözlərinə görə, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı layihələrinin hazırlanması üzrə işlər davam edir.
C.Məmmədov deyib ki, azad edilmiş ərazilərdə Azərsu ASC-nin ilkin fəaliyyəti həmin ərazilərdə mövcud olan qurğuların bərpası ilə bağlı olub:
“Məqsədimiz azad edilmiş ərazilərdəki obyektlərimizi su ilə təmin etmək olub”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.