AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BƏƏ qızıl poçt markası buraxır

  • + A
  • - A
  • 20-06-2022, 22:00

    BƏƏ qızıl poçt markası buraxır


    Birləşmiş Ərəb Əmirliklərinin dövlət poçt şirkəti olan Emirates Post Group dünyanın ən bahalı markasını təqdim edib.

    AzadMedia.az xəbər verir ki, poçt markası BƏƏ-nin yaranmasının 50-ci ildönümünü qeyd etmək üçün buraxılıb. Kolleksiyaya brendin dörd çeşidi daxildir.

    Onlardan ən bahalısı Qızıl Yubiley 2021-dir. Tərkibində 1 qram qızıl var və qiyməti 550 dollardır. Birliyin Ruhu seriyası BƏƏ-nin qurucu atalarını simvollaşdırır, 2021-ci il 50-ci ildönümü ölkənin hazırkı vəziyyətini, 50-ci Yubiley Layihələri 2071 isə gələcəyini təmsil edir. Hər markanın qiyməti 68 dollar olacaq.

    BƏƏ-nin yubileyi üçün poçt markaları 2021 nüsxə tirajla buraxılıb. Markanı təkcə fiziki formada deyil, həm də rəqəmsal token şəklində almaq olar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR