AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şimali Koreya qitələrarası ballistik raket buraxıb

  • + A
  • - A
  • 3-11-2022, 09:26

    Şimali Koreya qitələrarası ballistik raket buraxıb

    Koreya Xalq Demokratik Respublikası (KXDR) noyabrın 3-də Yapon dənizi istiqamətində bir qitələrarası, 2 qısamənzilli ballistik raket buraxıb.
    AZƏRTAC xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb. Yerli vaxtla səhər saat 7:40-da buraxılan qitələrarası ballistik raketin maksimum 760 kilometr hündürlükdə 1920 kilometr məsafə qət etdiyi, saat 8:39-da buraxılan qısamənzilli raketlərin isə 70 kilometr hündürlükdə 330 kilometr uçaraq dənizə düşdüyü bildirilir. May ayından bəri Şimali Koreya ilk dəfə qitələrarası ballistik raket buraxıb.
    Qeyd edək ki, Şimali Koreya sentyabrın son günlərindən bəri bir neçə dəfə müxtəlif tipli raket buraxılışı həyata keçirib. Noyabrın 2-də isə KXDR Sarı və Yapon dənizi istiqamətində üçü qısamənzilli ballistik raket olmaqla 10 müxtəlif raket buraxılıb. Qısamənzilli raketlərdən biri Yapon dənizində de-fakto sərhəd sərhəd xəttinin 26 kilometr cənub hissəsinə düşüb. Bu, Şimali Koreyanın 1950-1953-cü illər Koreya müharibəsindən sonra de-fakto sərhəd xəttinin cənubuna atdığı ilk raketdir.
    Cənubi Koreya hökuməti Ullındo adasında hava hücumu barədə xəbərdarlıq elan edərək, sakinləri sığınacaqlara enməyə çağırıb. Ölkənin silahlı qüvvələri üçün isə 2-ci dərəcəli hazırlıq vəziyyəti elan olunub. Prezident Yun Sok Yolun göstərişi ilə Pxenyana cavab məqsədi ilə Cənubi Koreyanın qırıcı təyyarələri Yapon dənizində sərhəd xəttin şimal hissəsinə 3 ədəd hava-yer raketi atıb. Bunun ardınca Şimali Koreya Sarı və Yapon dənizi istiqamətində daha 6 raket atıb, bundan başqa, iki Koreya rasındakı quru ərazidəki buffer zonaya yüzlərlə artilleriya atəşi həyata keçirib.
    Şimali Koreya sonuncu raket buraxılışları ABŞ və Cənubi Koreya hərbi hava qüvvələrinin oktyabrın 31-də başlayan və beş ildən sonra ilk böyük birgə təlimi dövrünə təsadüf edir. Rəsmi Pxenyan ABŞ və Cənubi Koreyanın hərbi təlimlərinin potensial işğala hazırlaşmağa yönəldiyini iddia edərək bildirib ki, əgər Seul və Vaşinqton Şimali Koreyaya hücum etmək qərarına gəlsələr, dəhşətli cavab alacaqlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR