Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.
Bu barədə ukraynalı siyasətçi tviterdə yazıb.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla dialoqumu davam etdirdim. Ukraynalı uşaqlar üçün sığınacaq və şəhərlərimiz üçün yüzlərlə generator üçün təşəkkürümü bildirdim. Türkiyənin Ukraynanın #GrainFromUkraine təşəbbüsünə verdiyi dəstəyi qeyd etdim. Həmçinin gələcək fəaliyyat və taxıl dəhlizinin mümkün genişlənməsini müzakirə etdik”, - Ukrayna Prezidenti qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.