AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qazaxıstanda 250-yə yaxın çağırışçı Rusiyaya qaçıb

  • + A
  • - A
  • 18-04-2023, 20:20

    Qazaxıstanda 250-yə yaxın çağırışçı Rusiyaya qaçıb


    Qazax deputat Sergey Erşov parlamentdэ hərbçilərin həyat və sağlamlığının qorunması məsələlərinin müzakirəsi zamanı hərbi xidmətdən yayınanların problemini qaldırıb.

    Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, deputat çağırışçıların hərbi xidmətə getməmək üçün Şimali Qazaxıstandan Rusiyaya qaçması ilə bağlı məlumat verib.


    "Bu gün qonşu dövlətin ərazisində 250-yə yaxın yaz çağırışına cəlb olunanlar var. Sualım budur ki, bu həqiqətən doğrudurmu? Bu adamların taleyi nə olacaq?", - Erşov deyib.

    Qazaxıstan Respublikası Baş Hərbi Prokurorunun birinci müavini Maksat Kaziyev parlamentdə ordudan yayınanaraq Rusiyaya qaçanların olmasını təsdiqləyib: "Hazırda Müdafiə Nazirliyi bu istiqamətdə iş aparır. Əgər onların həqiqətən təhsil almaları ilə bağlı əsaslandırmaları varsa, bu, gecikmə üçün əsasdır. Əgər onlar Qazaxıstan ərazisində tapılarsa, onlar öhdəliklərdən yayındıqlarına görə ittiham olunacaqlar".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR