ABŞ-ın Ohayo ştatında 13 yaşlı Ceykob Stivens TikTok-da "Benadryl Challenge" adlı çağırışı yerinə yetirmək üçün həddindən artıq dozada dərman qəbul edərək dünyasını dəyişib.
Hadisədən dərhal sonra xəstəxanaya aparılaraq süni nəfəs aparatına taxılan Stivens bütün müdaxilələrə baxmayaraq, 6 gündən sonra həyatını itirib.
Yeniyetmənin ailəsi Benadryl kimi dərmanların alınmasını yaşla məhdudlaşdırmaq üçün konqresə təzyiq etməyə çalışır. Stivensin dostu tərəfindən paylaşılan videoda 13 yaşlı yeniyetmənin sosial mediada çağırışını yerinə yetirdikdən sonra qıcolmaya başladığı əks olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.