Fransa prezidenti Emmanuel Makron bazar günü axşam ölkədə baş verən iğtişaşlarla bağlı iclas keçirəcək.
Bu barədə BFMTV kanalı məlumat yayıb .
“Dövlət başçısı Yelisey sarayında baş nazir Elizabet Born, daxili işlər naziri Gerald Darmanin və ədliyyə naziri Erikin iştirakı ilə keçiriləcək görüşdə vəziyyətlə tanış olacaq”, - məlumatda deyilir.
İyunun 27-də Paris ətrafında 17 yaşlı oğlanın polisə tabe olmaqdan boyun qaçıraraq öldürülməsindən sonra iğtişaşlar başlayıb. Nantr, Lill və Tuluzada da etirazlar güclənib. Daha sonra nümayişçilərin avtomobilləri yandırması, vitrinləri sındırması və polis əməkdaşlarına hücum etməsi ilə etirazlar polislə toqquşmaya çevrilib. Nəticədə 1000-dən çox adam saxlanılıb.
Fransa İqtisadiyyat Nazirliyinin rəhbəri Bruno Le Maire bildirib ki, ölkədə etirazçılar dörd gün ərzində 250-yə yaxın tütün mağazasını qarət ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.