Ukraynanın sevimli yazıçılarından biri olan Viktoriya Amelina Rusiyanın Kramatorsk şəhərində pizza restoranına raket hücumu nəticəsində aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.
Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Bildirilir ki, yazar müharibə cinayətləri ilə bağlı araşdırmalar aparırmış.
Kramatorsk şəhəri Ukraynanın nəzarəti altındadır, lakin Rusiyanın işğal etdiyi ərazilərə çox yaxındır. 37 yaşlı Amelina kolumbiyalı yazıçı və jurnalistlərlə birlikdə şəhərin məşhur restoranlarından biri olan Ria Lounge-də nahar edirmiş.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.