İsrailin Təl-Əviv şəhərində bir kişi avtomobili camaatın üstünə sürüb.
Hücum Pinkhas Rosen küçəsində baş verib. Ən azı beş nəfər yaralanıb.
Terrorçu maşınla camaatın arasına girib, daha sonra yoldan keçən birinin boynundan bıçaqlayıb. Hücum edən şəxs hadisə yerində olan mülki şəxs tərəfindən güllələnib.
Hadisə yerinə Daxili İşlər Nazirliyinin həkimləri gəlib. Onlar zərərçəkənlərə yardım göstərirlər.
Hadisə nəticəsində 46 yaşlı qadının vəziyyəti ağırdır. Daha iki nəfərin vəziyyəti orta-ağırdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.