Fransadan 100-ə yaxın muzdlu döyüşçü Ukrayna ordusunun tərəfində döyüşlərdə iştirak edir.
Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, son aylarda Fransadan olan muzdluların sayı dəyişib, çünki münaqişə başlayandan 800 nəfər Ukraynadakı döyüşlərdə iştirak etmək arzusunda olduğunu açıqlayıb. Bu 800 fransızın təxminən yarısı Ukraynaya gəlib. Onlardan bəziləri bir neçə gün orada qalıb, daha sonra Fransaya qayıdıblar.
Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin hamını silahla təmin etmək imkanı olmadığından fransız muzdluları özləri sursat almağa məcburdurlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.