Ermənistan rüşvət müqabilində hərbi xidmətə çağırılanlara qanunsuz olaraq möhlət verən cinayətkar qrupun ifşası barədə məlumat yayıb. Qrupun rəhbəri həbs edilib
İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin Xüsusilə Əhəmiyyətli İşlərin Araşdırılması Departamentinin Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin Hərbi Əks-kəşfiyyat Baş İdarəsi ilə birgə apardığı istintaq zamanı tam zəncirvari cinayətkar dəstə üzvlərinin əməllərinin üstü açılıb. Bir sıra istintaq tədbirləri, o cümlədən ondan artıq ünvanda axtarışlar aparılıb.
Məlum olub ki, ER Müdafiə Nazirliyinin Hərbi Xidmətə Çağırış və Səfərbərlik Qərargahı İdarəsinin Hərbi Xidmətə Çağırış Ərazi Bölməsinin rəisi V.M. özəl tibb mərkəzinin təsisçi direktoru A.M. ilə razılığa gəlib, onun köməyi ilə xidmətdən möhlət üçün rüşvət təklif edən çağırışçılara saxta diaqnozlar qoyulub. Ümumilikdə V.M. səkkiz çağırışçıdan 25 min ABŞ dolları məbləğində rüşvət tələb edib və alıb