AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məhkəmə Ledi Qaqanın itlərini oğurlayan qadının tərəfini tutmayıb

  • + A
  • - A
  • 10-07-2023, 23:42

    Məhkəmə Ledi Qaqanın itlərini oğurlayan qadının tərəfini tutmayıb

    Ledi Qaqa itlərini oğurlayan və mükafat tələb edən qadına qarşı məhkəmədə qalib gəlib.
    Müğənni Ledi Qaqa itlərini oğurlamaqda şəriki olan şəxsə qarşı məhkəmədə qalib gəlib. Azadmedia.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

    Cennifer Makbrayd adlı qız fransız buldoqlarının tutulmasına görə vəd etdiyi 500 min dollar mükafatı qaytarmadığı üçün müğənnini məhkəməyə verib. Hakimin sözlərinə görə, bu işdə vacib bir detal Makbraydın eyni ev heyvanlarını oğurlamaqda təqsirli bilinməsi və o, günahını boynuna alması olub.

    2021-ci ilin fevral ayında naməlum şəxslər Ledi Qaqadan iki fransız buldoqunu oğurlayıblar. Hücum edənlər müğənninin Los-Ancelesdə ev heyvanlarını gəzdirən köməkçisinə atəş açıb və itləri qaçırıblar. Müğənni onların geri qayıtması üçün 500 min dollar mükafat təklif edib və bir neçə gün sonra buldoqlar geri qaytarılıb.

    Daha sonra müğənni Ledi Qaqanın iki fransız buldoqunu qaçırmaqda və it gəzdirən köməkçisi Rayan Fişeri öldürməyə cəhddə ittiham olunanlardan biri olan Ceyms Hovard Cekson 21 il müddətinə azadlıqdan məhrum edilib. Polis Makbraydın cinayətin ortağı olduğunu müəyyən edib. Məhkəmə ona iki il sınaq müddəti verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR