Qarabağın Rusiya sülhməramlılarının məsuliyyət zonasında fəaliyyət göstərən erməni separatçılarının lideri Arayik Arutyunyanın ailə üzvləri Ermənistana köçüb.
AzadMedia.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hazırda Qarabağda Arutyunyanın arvadı və kiçik qızı qalıb.
Məlum olub ki, onun böyük qızı Qarabağdan çıxaraq hətta Ermənistanı da tərk edib. İkinci qızı isə İrəvanda məktəblərdən birində oxuyur.
Bundan əlavə, terrorçu rejimin rəhbərinin digər ailə üzvlərinin də İrəvanda olduğu deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.