AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Krımın işğalında iştirak edən polkovnik öldürüldü

  • + A
  • - A
  • 16-07-2023, 15:00

    Krımın işğalında iştirak edən polkovnik öldürüldü


    Rus ordusunun Berdyanskdakı qərargahına endirilən zərbələr nəticəsində general-leytenant Oleq Tsokovla birlikdə 382-ci əlahiddə dəniz piyadaları batalyonunun keçmiş komandiri, polkovnik-leytenant Aleksandr Qorin də məhv edilib.

    Qorinin ölümü barədə məlumatı Rusiyadakı “Sputnik” veteranlar asosiasiyası yayıb.

    Məlumatda Qorinin iyulun 14-də öldüyü bildirilib.

    Lakin ukraynalı hərbi jurnalist Denis Kazanski onun iyulun 11-də general Tsokovla birlikdə məhv edildiyini qeyd edib.

    Qeyd edək ki, Aleksandr Qorinin rəhbərlik etdiyi batalyon 2014-cü ildə Krımın işğalında iştirak edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR