Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyəti müzakirə etmək üçün iclas keçirəcək.
Bu barədə Rusiyanın qurumdakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski məlumat verib.
O qeyd edib ki, iyulun 17-də BMT Təhlükəsizlik Şurası Böyük Britaniyanın şuraya sədrliyinin tələbi ilə Ukrayna böhranının növbəti müzakirəsinə ev sahibliyi edəcək.
Onun sözlərinə görə, iclasda Qərb ölkələrinin bir neçə xarici işlər naziri iştirak edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.