“İran hakimiyyəti hesab edir ki, Krım körpüsündə törədilmiş terror aktı beynəlxalq sülh və təhlükəsizliyə xələl gətirir”.
Azadmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kənani Çafi bildirib.
O, Tehranda mətbuat konfransında Krım körpüsünə hücumu şərh edərkən deyib: “Ukraynada münaqişənin gərginləşməsinə yönəlmiş istənilən hərəkəti qeyri-konstruktiv və beynəlxalq sülh və təhlükəsizliyə zərbə vuran hesab edirik”. Diplomat qeyd edib ki, münaqişənin kəskinləşməsi Tehranda narahatlıq yaradır.
Kənani Çafi, həmçinin bildirib ki, İran münaqişə tərəflərindən birinə “qadağan olunmuş silahlar” göndərilməsi ilə bağlı son qərarı rədd edir. O əlavə edib ki, Tehran böhranın siyasi həllinə inanır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.