AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yaponiyada istilər səbəbindən 4 minə yaxın insan xəstəxanaya yerləşdirilib

  • + A
  • - A
  • 18-07-2023, 11:23

    Yaponiyada istilər səbəbindən 4 minə yaxın insan xəstəxanaya yerləşdirilib

    İyulun 3-dən 9-dək Yaponiyada ən azı 3964 nəfər istilik vurması səbəbindən xəstəxanaya yerləşdirilib ki, bu da keçən həftə ilə müqayisədə 737 nəfər çoxdur. Azadmedia.az TASS-a istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı Tokioda keçirilən mətbuat konfransında İnzibati işlər və kommunikasiyalar naziri Takeaki Matsumoto bildirib.

    "Qurbanların yarıdan çoxu yaşlı insanlardır. Biz əhalini istilik vurması ilə mübarizə üçün əsas tədbirlər görməyə, o cümlədən kifayət qədər miqdarda sudan müntəzəm istifadə etməyə çağırırıq", - idarə rəisi vurğulayıb.

    Yaponiyada ən isti hava adətən iyul və avqust aylarında olur. Son günlər ölkənin bir çox bölgələrində 35 dərəcədən yuxarı temperatur qeydə alınıb. Yaponiyada hər il istilik vurması on minlərlə insanın xəstəxanaya yerləşdirilməsinə səbəb olur və yüzlərlə ölüm qeydə alınır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR